Bakı. Musa Əhmədov – APA-Economics. “Parabank” ASC-də struktur və kadr dəyişikliyi baş verib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın təhlükəsizlik departamenti ləğv edilib. Bununla da bu departamentin direktoru Davud Nəcəf oğlu Ədilov işdən çıxarılıb.
Bundan başqa, bankın hüquq departamentinin direktoru Ruhid Rəşid oğlu Əkbərov da vəzifəsi ilə vidalaşmalı olub. Onun əvəzinə Firuddin Hüseynbəyli təyin edilib.