Bank Of Baku

"Azsığorta" evində yanğın baş verən Lənkəran sakininə 15 min manat ödəyib

"Azsığorta" evində yanğın baş verən Lənkəran sakininə 15 min manat ödəyib
# 24 iyul 2017 11:07 (UTC +04:00)

"Azsığorta" ASC "Daşınmaz Əmlakın İcbari sığortası" növü üzrə irihəcmli sığorta ödənişini həyata keçirib.

 

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, Lənkəran rayonu ərazisində yerləşən yaşayış evlərinin birinə çəkilmiş elektrik xətlərində qısaqapanma nəticəsində yanğın hadisəsi baş verib. "Azsığorta" əmlaka dəymiş ziyanı qarşılayaraq 14,850 min manat dəyərində sığorta ödənişi edib.
 

Qeyd edək ki, bu il "Azsığorta" daha bir neçə iri sığorta ödənişləri həyata keçirib. Belə ki, baş verən sığorta hadisələrinə görə 300 min, 40,900 min və 234,856 min manat sığorta ödənişi baş tutub.
 

"Azsığorta" ölkənin ən stabil sığorta şirkətlərindən biridir. "Fitch" beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək ona "stable" proqnozu ilə "B" reytinqini təyin edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR