Bank Of Baku

"Azsığorta" ötən ili 2,3 mln. manat mənfəətlə başa vurub

"Azsığorta" ötən ili 2,3 mln. manat mənfəətlə başa vurub
# 06 aprel 2017 07:43 (UTC +04:00)

"Azsığorta" dövlət sığorta şirkəti ötən il aktivlərini azaldıb.

 

APA-Economics” şirkətin saytından yer alan hesabata əsasən xəbər verir ki, 2016-cı ildə “Azsığorta”nın məcmu aktivləri 2015-ci il ilə müqayisədə 0,41% azalaraq 60 mln. 464,968 min manat olub.

 

Hesabat dövründə şirkətin öhdəlikləri 20,4% artaraq 27 mln. 25 min 783,03 manat təşkil edib. Bu ilin yanvarın 1-nə “Azsığorta”nın qısamüddətli öhdəlikləri 52 mln. 512 min 387 manat, uzunmüddətli öhdəlikləri isə 7 mln. 952 min 580 manat təşkil edib.

 

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 20 mln. manat, cəmi kapitalı isə 12,61% azalaraq 33 mln. 439 min 184,52 manat təşkil edib.

 

Ötən il şirkətin gəlirləri 28 mln. 843 min 817 manat, xərcləri isə 25 mln. 969 min 669 manat olub.

 

“Azsığorta” 2016-cı ili 2 mln. 299 min 318 manat mənfəətlə başa vurub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR