Bank Of Baku

"Bank Avrasiya" mənfəətliliyini qoruyur

"Bank Avrasiya" mənfəətliliyini qoruyur
# 14 iyul 2017 13:31 (UTC +04:00)

2017-ci ilin I yarısında "Bank Avrasiya" ASC-nin aktivlərinin həcmi 159 mln. 758,3 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 25,87% çoxdur.

 

"APA-Economics" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 0,58% azalaraq 87 mln. 302,1 min manat olub.
 

Bankın depozit portfeli 2017-ci ilin yanvar-iyun ayları ərzində 29,63% artaraq 37 mln. 849,2 min manata çatıb.

 

Hesabat dövründə bankın öhdəliklərinin həcmi 36,4% artaraq 97 mln. 842,1 min manat təşkil edib.

2017-ci ilin iyunun 30-a bankın nizamnamə kapitalı dəyişməyib - 50 mln. manat.  

Bank cari ilin ilk yarısını 8 mln. 888,6 min manatlıq mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR