"Bank BTB" ASC 2017-ci ilin I rübünə aid maliyyə göstəricilərini açıqlayıb.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, cari ilin birinci rübünün sonunda bankın faiz gəlirləri 3 mln. 453 min manat, faiz xərcləri isə 2 mln. 371 min manat təşkil edib. Eyni zamanda, qeyri-faiz gəlirləri 819 min manat, qeyri-faiz xərcləri isə 4 mln. 981 min manat olub.
Bankın aktivləri 239 mln. 23 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,34% artım deməkdir. Bankın kredit portfelində eyni dövr ərzində 15,08% artım var.
Bankın depozit portfeli 84 mln. 285 min manat təşkil edir. Depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% artıb.
Bank mənfəət və zərər hesabatını da açıqlayıb. Hesabat dövründə "Bank BTB" kreditlərə ehtiyatın yaradılması hesabına 1 mln. 143 min zərər edib.
"Bank BTB"-nin məcmu kapitalı Mərkəzi Bankın ölkədəki kommersiya banklarının kapital tələbinə tam cavab verərək 52 mln. 246 min manat təşkil edib.