Bakı - APA-Economics. "Bank BTB" ASC-nin III rübün yekunlarına əsasən məcmu kapitalının həcmi 49 mln. 663.42 min manat təşkil edir.
"APA-Economics"in xəbərinə görə, bu barədə bankın açıqladığı hesabatda qeyd edilib.
Xatırladaq ki, Mərkəzi Bankın məcmu kapitala olan minimal tələbi 50 mln. manat təşkil edir. Tələb cari ilin yanvarın 1-dək yerinə yetirilməli idi.
Qeyd edək ki, III rübün yekunlarına əsasən bankın nizamnamə kapitalı 50 mln. manatdır.