Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin IV rübündə “Bank BTB” ASC-nin aktivlərinin həcmi 211,049 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 48,3% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,32% artaraq 108,759 mln. manat olub.
Hesabat dövründə bankın öhdəlikləri 74,8% artaraq 159,747 mln. manat olub.
Bankın depozit portfeli ötən ilin IV rübündə 57% artaraq 81,708 mln. manata çatıb. Bu dövrdə əhalinin əmanətlərinin həcmi isə 80,141 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 64,1% çoxdur.
Bir il ərzində bankın məcmu kapitalı 7,6% artaraq 51 mln. 302,464 min manata çatıb, nizamnamə kapitalı isə 16% artaraq 52,000 mln. manat təşkil edib.
Maraqlıdır ki, bank il üzrə mənfəətini (zərər) açıqlamayıb.