"Bank of Baku" ASC 2017-ci ilin ilk yarısını 26,041 mln. manat məbləğində zərərlə başa vurub.
"APA-Economics" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, təkcə II rübdə bankın zərəri 14,397 mln. manat təşkil edib.
Hesabat dövründə bankın aktivləri 19,14% azalaraq 474,885 mln. manata enib. Bankın kredit portfeli isə 35,85% azalaraq 209,828 mln. manat təşkil edib.
Bankın depozit portfeli 0,54% azalaraq 304,435 mln. manata çatıb. Hesabat dövrünün sonuna bankın öhdəlikləri 18,10% azalaraq 428,030 mln. manat təşkil edib.
"Bank of Baku"nun nizamnamə kapitalı dəyişməyərək 52,870 mln. manat səviyyəsində qalıb. Bank məcmu kapitalının məbləğini açıqlamasa da, kapitalın adekvatlıq əmsalı 12,68% səviyyəsindədir.