"Bank Respublika" ASC-nin aktivləri 2017-ci ilin I rübündə 881,240 mln. manat olub. "APA-Economics" xəbər verir ki, bu, ilin əvvəlinə olan göstərici ilə müqayisədə 3,4% azdır.
Hesabat dövründə bankın kredit portfeli 13,5% daralaraq 232,830 mln. manata enib. Kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi isə təxminən 33,833 mln. manatdır.
Cari ilin aprelin 1-ə bankın öhdəliklərinin həcmi 841,761 mln. manata çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 3,44% çoxdur. Bankın depozit portfeli 7% artaraq 590,528 mln. təşkil edib. Hesabat dövründə banka yatırılan fiziki şəxslərin depozitləri isə 7% azalaraq 176,820 mln. manata çatıb.
Bankın məcmu kapitalı üç ay ərzində 1,83% azalaraq 50,730 mln. manata çatıb.
Qeyd edək ki, "Bank Respublika" I rübə 492 min manatlıq zərərlə yekun vurub.