"Bank Silk Way" ASC 2018-ci ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
"APA-Economics" xəbər verir ki, 2016-cı illə müqayisədə bu ilin ilk 3 ayında bankın aktivləri 2,7 dəfə artaraq 492,872 mln. manat olub.
Hesabat dövründə bankın kredit portfeli 10,77% artaraq 412,666 mln. manat təşkil edib. Bankın depozit portfeli 98,20% artaraq 324,785 mln. manat təşkil edib. Əhalinin əmanətlərinin həcmi isə 2,04 dəfə artaraq 283,371 mln. manatdır.
Cəmi öhdəliklərin həcmi isə hesabat dövrünün sonuna 363,347 mln. manat təşkil edib ki bu ötən ilin analoji dövrü ilə müqayisədə 28,53% çoxdur
Bankın nizamnamə kapitalı dəyişməyərək 101 mln. 544,89 min manat, məcmu kapitalı 10,63% artaraq 124 mln. 813 min manat olub.
Hesabat dövründə bankın gəlirləri 11,553 mln. manat, xərcləri isə 10,374 mln. manat olub.
"Bank Silk Way" I rübü 11,679 mln. manatlıq xalis mənfəətlə başa vurub.