2017-ci ilin III rübündə "Bank Silk Way" ASC-nin aktivlərinin həcmi 405,643 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,08% çoxdur.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 3,03% artaraq 369,797 mln. manat olub.
Bankın depozit portfeli 2017-ci ilin 9 ayı ərzində 0,51% artaraq 170,980 mln. manata çatıb. Hesabat dövründə əhalinin əmanətləri 141 mln. 562 min manat təşkil edib ki, bu da 1 il əvvəl ilə müqayisədə 4,62% azdır.
Bir il ərzində bankın məcmu kapitalı 4,46% artaraq 117 mln. 797,356 min manata çatıb. Hesabat dövründə bankın nizamnamə kapitalı 3,01% artaraq 104 mln. 601,420 min manat təşkil edib.
Bu ilin oktyabrın 1-nə bankın gəlirləri 33, 682 mln. manat, xərcləri 25,682 mln. manat təşkil edib. Başqa sözlə, 1 il ərzində gəlirlər 6,12% artıb, xərcləri isə 42,89% artıb.
2017-ci ilin 9 ayı ərzində bankın əldə etdiyi mənfəət 6 mln. 691 min 876 manat təşkil edib.