Bank Of Baku

"Bank VTB (Azərbaycan)": Plastik kartlarımızın istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb

"Bank VTB (Azərbaycan)": Plastik kartlarımızın istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb
# 24 dekabr 2015 11:51 (UTC +04:00)

Bakı - APA-Economics. "Bank VTB (Azərbaycan)"ın ABŞ-ın sanksiya tətbiq etdiyi təşkilatların siyahısına salınması ilə bağlı kart əməliyyatları zamanı məhdudiyyətlərin mümkünlüyü barədə VTB plastik kart sahiblərinin sualları ortaya çıxıb.

 

"Bank VTB (Azərbaycan)"dan "APA-Economics"ə verilən məlumata görə, bu məsələ ilə bağlı VISA şirkətinə müraciət olunub. Şirkətdən müraciətə cavab olaraq bildirilib ki, heç bir ölkədə, o cümlədən Rusiya və xarici dövlətlərdə VTB kartlarının istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb və qoyulmayacaq.

 

“VISA təsdiq edir ki, ABŞ Xəzinədarlıq Departamentinin 22 dekabr 2015-ci ildə məlumat verdiyi sektoral sanksiyaların VISA kartlarından istifadə edilməklə həyata keçirilən tranzaksiya əməliyyatlarına aidiyyəti yoxdur", - deyə şirkətin cavabında bildirilir.

 

Qeyd edək ki, digər ödəmə sistemlərinin plastik kartlarının istifadəsinə də heç bir məhdudiyyət qoyulmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR