Bank Of Baku

"Bank VTB (Azərbaycan)" depozit portfelini 2,4% artırıb

"Bank VTB (Azərbaycan)" depozit portfelini 2,4% artırıb
# 27 aprel 2017 08:51 (UTC +04:00)

2017-ci ilin I rübündə "Bank VTB (Azərbaycan)" ASC-nin aktivləri 429,428 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,41% azdır.


Bankdan "APA-Economics"ə verilən məlumata görə, aprelin 1-ə bankın kredit portfeli 304,535 mln. manat olub. Bu isə ilin əvvəli ilə müqayisədə 5,16% azalma deməkdir.


Hesabat dövründə depozit portfeli 2,43% artaraq 44,176 mln. manat təşkil edib. Öhdəliklərin həcmi isə ilin əvvəl ilə müqayisədə 1,52% azalaraq 393,374 mln. manat olub.


Bankın nizamnamə kapitalı dəyişməyərək 50 mln. 815 min manat olduğu halda, məcmu kapital 0,75% artaraq 51,062 mln. manat təşkil edib.

 

Qeyd edək ki, “Bank VTB (Azərbaycan)” I rübü 261,09 min manat zərərlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR