Bank Of Baku

"Bank VTB (Azərbaycan) ilin ilk yarısını 3 mln. manat mənfəətlə başa vurub

"Bank VTB (Azərbaycan) ilin ilk yarısını 3 mln. manat mənfəətlə başa vurub
# 21 iyul 2017 14:14 (UTC +04:00)

2017-ci ilin birinci yarısının nəticələrinə əsasən, "Bank VTB (Azərbaycan)" ASC-nin mənfəəti 3 mln. manatı keçib.

 

Bankın mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin 30 iyun tarixinə bankın aktivləri təqribən 405 mln. manat, öhdəlikləri isə 366 mln. manat olub. Bankın öhdəliklərinin təqribən yarısını - 177,5 mln. manatını depozitlər təşkil edib.
 

İkinci rübün sonuna bankın kredit portfeli 323 mln. manatı ötüb ki, bu məbləğin də 200 mln. manatı hüquqi şəxslərin və sahibkarların payına düşüb.

Hesabat dövründə bankın məcmu kapitalı 50,9 mln. manat olub ki, bu da tənzimləyicinin kommersiya banklarının kapitalına dair tələbə (50 mln. manat) tam cavab verir. Birinci və ikinci dərəcəli kapital adekvatlığı tələblər 5% və 10% olduğu halda müvafiq olaraq 29,71% və 50,38% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR