Bakı. Musa Əhmədov - APA-Economics. Vadim Zinovyev "Bank VTB (Azərbaycan)"ın İdarə Heyətinin yeni üzvü təyin edilib.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, o, həmçinin risklər və monitorinq departamentinin direktoru vəzifəsində çalışır. Bu vəzifədə o, risklərin idarə olunması və problemli kreditlərə cavabdehdir.
V. Zinovyev "Maliyyə və kredit" ixtisası üzrə Sankt-Peterburq Dövlət mühəndis-iqtisad universitetini bitirib, eləcə də idarəetmə kadrların yenidən hazırlanması üzrə prezident proqramının məzundur. Bank sahəsində, o cümlədən rəhbər vəzifələrdə böyük iş təcrübəsi var.
VTB Qrupda 2013-cü ilin yanvar ayından Moskva Bankında kredit əqdlərinin monitorinqi istiqamətinə rəhbərlik etməklə çalışmağa başlayıb. 2015-ci ilin dekabr ayından "Bank VTB (Azərbaycan)"ın risklər və monitorinq departamentinin direktoru vəzifəsində çalışır.