Bank Of Baku

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Bakıya gəlir

 Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Bakıya gəlir
# 20 oktyabr 2014 07:53 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqinin rəhbərlik etdiyi nümayəndə heyəti  Bakıya səfəri planlaşdırılır.

 

BVF-in Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ağgün Qədirlinin adından “APA-Economics”ə daxil olan məlumatda bildirilir ki, səfərin məqsədi Azərbaycan iqtisadiyyatındakı proseslər və onun gələcək perspektivi ilə bağlı BVF əməkdaşlarının qiymətləndirmələrini yeniləmək, eləcə də makroiqtisadi siyasətlə bağlı müzakirələr aparmaqdır.

 

Qeyd edək ki, BVF əməkdaşlarının Bakıya səfəri Azərbaycan hökuməti ilə razılığa uyğun olaraq  bu ilin oktyabrın 21-27-də baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR