Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Unibank” avqustun 10-dan etibarən təhsil haqlarının “ALBALI PLUS” kartları ilə ödəniş kampaniyasına başlayır.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, təhsil haqqı kart sahibinin istəyinə uyğun olaraq 6 və ya 12 ay müddətinə ödənilə bilər. Bunun üçün sadəcə, kart sahibi “Unibank”ın mərkəzi ofis, “Əcəmi”, “Neftçilər”, “Mərdəkan” və “Sumqayıt” filiallarına yaxınlaşıb, vəsaitin köçürüləcəyi təhsil müəssisəsinin rekvizitlərini təqdim etməlidir.
“Unibank” müştərilərinin ehtiyac və arzularını bir məhsulda - “ALBALI PLUS” kartında birləşdirib. Artıq “Unibank” müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. “ALBALI PLUS” beynəlxalq kart olmaqla yanaşı, dörd bank məhsulunu özündə birləşdirir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az ) və yaxud “facebook” və “twitter” səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.