Bank Of Baku

Əmanətlərin Sığortalanması Fondu “Texnikabank”ın qorunan əmanətçilərinə müraciət edib

 Əmanətlərin Sığortalanması Fondu “Texnikabank”ın qorunan əmanətçilərinə müraciət edib
# 24 fevral 2016 14:36 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Əmanətlərin Sığortalanması Fondu “Texnikabank”ın qorunan əmanətçilərinə müraciət edib.

 

Fonddan “APA-Economics”ə verilən xəbərə görə, 25 fevral 2016-cı il tarixdən etibarən “Texnikabank” ASC-nin “Yeni Həyat” filialının qorunan əmanətçiləri kompensasiyaların alınması üçün ərizələri “Muğanbank” ASC-nin “Nəsimi” filialına təqdim edə bilərlər.

 

Qeyd edək ki, ərizə formalarını qorunan əmanətçilər  Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin filiallarından, agent banklarIn filiallarından və www.adif.az saytından əldə edə bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR