Bakı - APA-Economics. "Expressbank" bank kartlar üzrə "MasterCard" ilə birgə keçirdiyi "Kartla al" aksiyasını təqdim edir.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, aksiya 20 oktyabr 2015-ci il tarixinədək davam edəcək.
Aksiyanın şərtlərinə görə, ay ərzində ən çox həcmdə nağdsız ödəniş edənlər planşet (iPad), ən çox sayda nağdsız ödəniş edənlər smart saat (iWatch), ümumi ödənişlərin cəmi 100 manatdan az olmamaqla minimum 3 ödəniş edənlər isə "Charger" (enerji doldurma cihazı) qazana biləcəklər.
Qeyd edək ki, müştərilər "Maestro" kartını 6 manata, "MasterCard Standard" kartını isə 8 manata əldə edə bilərlər. Müştərilər hesaba minimum 400 manat ilkin mədaxil etməklə "MasterCard Gold", 800 manat ilkin mədaxillə isə "MasterCard Platinum" kartlarını filiallarda və ya onlayn sifariş edə bilərlər. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə edə bilər.
"Expressbank" geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro və Böyük Britaniya funtu) bank kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Hesabda olan məbləği "Expressbank" bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.
"Expressbank"ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-ı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS-terminal və 140-dək "ExpressPay" ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.