Bank Of Baku

"Expressbank" bu ilin I yarısını 3 mln. manatlıq mənfəətlə başa vurub

"Expressbank" bu ilin I yarısını 3 mln. manatlıq mənfəətlə başa vurub
# 13 iyul 2015 11:50 (UTC +04:00)

Bakı - APA-Economics. "Expressbank" 2015-ci ilin I yarısında aktivlərini 7,14% artıraraq 278,787 mln. manata çatdırıb.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə kredit portfeli 22,28% artaraq 229,505 mln. manat təşkil edib.

 

Yanvar-iyun aylarında bank istehlak kreditləşməsini 40,32% artıraraq portfelini 88,815 mln. manata çatdırıb. İyulun 1-dək bankın manatla verdiyi istehlak kreditlərinin həcmi 85,243 mln. manat olub.

 

Bankda vaxtı keçmiş kreditlərin həcmi də artıb. Belə ki, iyul ayının 1-ə bankın verdiyi kreditlərin 11,226 mln. manatı vaxtı keçmiş kreditlərin payına düşür. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 11,27% artım deməkdir.

 

İlin I yarısında bank tərəfindən 6,276 mln. manat həcmində ipoteka krediti verilib ki, bunun da hamısı İpoteka Fondunun xətti ilə verilən kreditlərin payına düşür.

 

Yanvar-iyun ayları ərzində bank qiymətli kağızlara 2,108 mln. manatlıq investisiya edib.

 

Hesabat dövründə bankın depozit portfeli 6,49% azalaraq 100,907 mln. manat təşkil edib.

 

Əhali tərəfindən banka 53,378 mln. manat həcmində əmanət yerləşdirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 11,78% artım deməkdir.

 

Bankın xarici öhdəlikləri 1 il ərzində 54,12% azalaraq 3,898 mln. manata çatıb.

 

İyul ayının 1-ə bankın məcmu kapitalı 143,748 mln. manat, nizamnamə kapitalı isə 122,44 mln. manat olub.

 

Bank ilin I yarısında 26,486 mln. manat həcmində gəlir əldə etdiyi halda, onun xərclərinin həcmi 23,624 mln. manat olub. Beləliklə, bank ilin I yarısını 2,862 mln. manatlıq mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR