Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Fitch" beynəlxalq reytinq agentliyi "AtaBank" ASC-nin reytinqinə yenidən baxıb.
"APA-Economics"in verdiyi xəbərə görə, "AtaBank"ın kredit reytinqi üzrə müşahidəsini "neqativ"ə endirib.
Məlumatda qeyd olunub ki, bankın aktivlərinin 36%-i xarici valyutadadır.
Menecmentdən "Fitch"ə verilən məlumata əsasən, bankın açıq valyuta mövqeyi müqavilələr əsasında hecləşdirilir. Hecləşdirmə səmərəli olmazsa, bank, kapitalının 60%-ə qədərini itirə bilər. Bu isə nəticədə ümumi kapital adekvatlığı əmsalını cari ilin sonuna qədər 6%-ə endirə bilər.