Bank Of Baku

"Fitch" Azərbaycanda inflyasiya və manatın məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb

"Fitch" Azərbaycanda inflyasiya və manatın məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb
# 16 mart 2017 08:21 (UTC +04:00)

2017-ci ildə Azərbaycanda orta illik inflyasiya 9% səviyyəsində olacaq. "APA-Economics" xəbər verir ki, bu proqnozu "Fitch" beynəlxalq reytinq agentliyinin Bakıda keçirilən illik konfransında təşkilatın mütəxəssisləri səsləndirib.

 

Mütəxəssislər qeyd edir ki, 2018-ci ildə orta illik inflyasiya 5%-dək geriləyəcək.

 

Qeyd edək ki, 2016-cı ildə orta illik inflyasiya 12,4% təşkil edib.

 

Azərbaycan hökumətinin proqnozlarına əsasən, bu il orta illik inflyasiya 7,3% olacaq.

 

"Fitch"in proqnozlarına əsasən, 2017-ci ildə  manatın dollara nisbətən orta illik məzənnəsi 1,76 səviyyəsində, 2018-ci ildə 1,7 səviyyəsində olacaq.

 

Agentliyin mütəxəssisləri bu il neftin 1 barelinin orta qiymətinin 45 dollar olacağını, 2018-ci ildə isə 55 dollar olacağını proqnozlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR