Bank Of Baku

® “Unibank”dan biznes sahibləri üçün yeni kampaniya: bank xidmətləri komissiyasız oldu!

<font color=red>® </font> “Unibank”dan biznes sahibləri üçün yeni kampaniya: bank xidmətləri komissiyasız oldu!
# 30 aprel 2018 09:31 (UTC +04:00)

İndi Unibankda hesab açan fərdi sahibkarlar və şirkətlər üçün 3 ay ərzində hesablaşma və kassa əməliyyatları PULSUZ olacaq. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə bağlı keçirilən kampaniya mayın 28-dək davam edəcək. Biznes sahibləri üçün 0% komissiyalı kampaniya aşağıdakı xidmətləri əhatə edir:

 

-        Konvertasiya əməliyyatları;

-        Manat və xarıcı valyuta ödənişləri;

-        Əmək haqqı layihəsi üzrə köçürmələr;

-        Nağd pulun çıxarılması;

-        Hüquqi şəxslər üçün kartın qiymətində endirimlər.

 

Cümhuriyyətin 100 illiyi münasibətilə komissiyasız biznes kreditləri kampaniyası da davam edir. Kampaniya çərçivəsində biznes sahibləri mayın 28-dək Unibankdan 100.000 manatadək biznes kreditlərini 0% komissiya və 100 günədək güzəşt müddəti ilə götürə bilərlər. Biznes kreditləri üzrə effektiv faiz dərəcəsi 10%-dən başlayır.

 

Unibank-ın biznes müştərisi olmaq hansı üstünlüklər verir?

-        Sərfəli tariflər;

-        Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;

-        Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;

-        Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;

-        Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;

-        Sənəd dövriyyəsinin minimuma endirilməsi;

-        Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;

-        Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.

 

Unibank-ın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. Unibank-ın mükəmməl rəqəmsal bankçılıq xidmətləri- Unibank Mobile Business (http://onelink.to/um-business),  İnternet Banking və Telegram Bot biznes sahiblərinə harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır. Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR