Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Günay Bank”ın aktivlərinin həcmi 2016-cı ilin I rübündə 98,942 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 7,24% çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 6,72% artaraq 95,032 mln. manat olub.
İstehlak kreditlərinin həcmi 330 min manat təşkil edib ki, bu da 2015-ci ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 40,31% çoxdur.
Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 6,17% artaraq 2,193 mln. manata çatıb.
Bankın depozit portfeli hesabat dövrü ərzində 75,8% artaraq 21,248 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 18,394 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 72,6% artım deməkdir.
Bir il ərzində bankın məcmu kapitalı 0,11% azalaraq 62,642 mln. manat təşkil etidiyi halda, nizamnamə kapitalı dəyişməyərək 64 mln. 910,09 min manat olub.
Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 78,7% artaraq 1,539 mln. manat, xərcləri isə təxminən 72,6% artaraq 706,57 min manat olub.
Cari ilin ilk üç ayını “Günay Bank” 2 mln. 15,819 min manatlıq mənfəətlə başa vurub.
Hazırda bankın ölkə üzrə 1 filialı, 1 bankomatı, 4 POS-terminalı fəaliyyət göstərir.