Bank Of Baku

"İnter" futbol klubunun prezidenti təyin olunan Rəşad Qasımov Beynəlxalq Bankdan çıxıb

"İnter" futbol klubunun prezidenti təyin olunan Rəşad Qasımov Beynəlxalq Bankdan çıxıb
# 28 dekabr 2015 07:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Mühasibatlıq və büdcə departamentinin direktoru Rəşad Qasımov işdən çıxıb.

 

APA-Economics”in məlumatına görə, hələlik bu vəzifəyə təyinat aparılmayıb.

 

Xatırladaq ki, dekabrın 24-də "İnter” futbol klubunun Müşahidə Şurasının iclasında R. Qasımovun klubun prezidenti təyin edilməsi barədə qərar qəbul edilib.

 

Qeyd edək ki, R. Qasımov 2011-ci ildən Azərbaycan Beynəlxalq Bankının Mühasibat uçotu və nəzarət departamenti direktoru vəzifəsində çalışıb.

 

O, 2000-2011-ci illərdə bankda müxtəlif vəzifələrdə işləyib.

 

1999-2000-ci illərdə Aqrar-Qafqaz şirkəti, Middle Eastern Textiles şirkətlərində çalışıb. 1994-1999 Gəncə zona hesablaşma kassa mərkəzində müxtəlif vəzifələrdə işləyib.

 

Qasımov Rəşad Müzəffər oğlu 29 iyun 1977-ci ildə anadan olub. O, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında təhsil alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR