Bank Of Baku

"JPMorgan" əlverişli müqavilələr üçün çinli məmurların qohumlarını işə götürüb

"JPMorgan" əlverişli müqavilələr üçün çinli məmurların qohumlarını işə götürüb
# 28 noyabr 2016 13:23 (UTC +04:00)

ABŞ-ın "JPMorgan" bankı ötən həftə bu ölkənin Ədliyyə Nazirliyi və Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyası ilə $264 mln. məbləğində cərimənin ödənilməsinə dair razılığa gəlib.

 

"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, buna səbəb bankın Çindən olan məmurlara rüşvət verməsidir.  Bildirilir ki, bank çinli məmurların övladlarını işə götürüb, bunun müqabilində isə əlverişli müqavilələrin imzalanmasına nail olub.

 

ABŞ-ın adları çəkilən qurumları bununla bağlı 3 il ərzində araşdırma aparıb.

 

"Bloomberg" yazır ki, analoji araşdırma daha 5 banka qarşı aparılır.

 

Ümumilikdə "JPMorgan" çinli məmurların 200-dən çox qohumunu işə götürüb.  Bunun hesabına bank əlavə olaraq  $100 mln. gəlir əldə edib.

 

O da bildirilir ki, iş götürülən məmur qohumlarının çoxu qeyri-peşəkar olub. Onlarla müqavilələr yanvarın ortasından dekabrın ortasınadək bağlanılıb. Bunun hesabına həmin şəxslərin adları ştat siyahısında olmayıb.

 

Təyinatlar 2006-cı ildən 2012-ci ilədək baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR