Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Kapital Bank" ASC çətinliklərə kifayət qədər dayanıqlıdır.
Bunu "APA-Economics"ə açıqlamasında bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev deyib.
R. Allahverdiyevin sözlərinə görə, bu gün çətin zaman olsa da, “Kapital Bank” gələcəyə çox ümidlə baxır: "Biz 2015-2017-ci illər üzrə həm kredit siyasətimizi, həm də bankımızın strategiyasını çox mühafizəkar qurmuşuq. Strategiyamız mühafizəkar olduğuna görə, risklər olduqca azdır. Bankımızın problemli kreditlərinin həcmi çox deyil, qənaətbəxş səviyyədədir. Hətta mən sizə deyə bilərəm ki, problemli kreditlərimiz strategiyamızda nəzərdə tutulandan da az olub".
R. Allahverdiyev əlavə edib ki, 2017-ci ilin ortalarında növbəti 3 il üçün strategiyanın hazırlanması nəzərdə tutulub.