Bank Of Baku

"Kapital Bank" 41 mln. manat mənfəət əldə edib

"Kapital Bank" 41 mln. manat mənfəət əldə edib
# 11 iyul 2017 14:07 (UTC +04:00)

2017-ci ilin I yarısında "Kapital Bank" ASC-nin ilin əvvəli ilə müqayisədə aktivləri 9,13% artaraq 3 mlrd. 190,574 mln. manata çatıb.


"APA-Economics" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, bankın kredit portfeli 1,79% azalaraq 1 mlrd. 181,778 mln. manata enib.


Bankın öhdəlikləri 11,97% artaraq 2 mlrd. 918,627 mln. manat, depozit portfeli isə 16,01% artaraq 2 mlrd. 332,906 mln. manat təşkil edib.


"Kapital Bank"ın məcmu kapitalı 252,972 mln. manata çatıb ki, bu da tənzimləyicinin kapitala olan minimal tələbindən (50 mln. manat) təxminən 5 dəfə çoxdur.


Bankın cari ilin I yarısını 40,758 mln. manat məbləğində mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR