Bank Of Baku

Komitə: Əhalinin sərəncamında 33,2 mlrd. manat var

 Komitə: Əhalinin sərəncamında 33,2 mlrd. manat var
# 13 oktyabr 2017 15:42 (UTC +04:00)

İlkin məlumatlara görə, 2017-ci ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 8% artaraq 36 mlrd. 247 mln. manata çatıb.

 

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 3728 manat və ya ayda 414,2 manat təşkil edərək 6,9% artıb.

 

Bu dövr ərzində gəlirlərin 85,8%-i son istehlak xərclərinə, 8,5-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8-i kreditlər üzrə faizlərin ödənilməsinə (652 mln. manat) sərf edilib, 3,9%-i isə yığıma yönəldilib.

 

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 33 mlrd. 157,3 mln. manatlıq vəsait qalıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR