Bank Of Baku

KPMG: KZF-in yaradılması ilə bağlı yekun tövsiyyələr bu həftə veriləcək

 KPMG: KZF-in yaradılması ilə bağlı yekun tövsiyyələr bu həftə veriləcək
# 11 oktyabr 2017 11:03 (UTC +04:00)

İşçi qrupu bu həftənin sonunda Kredit Zəmanət Fondunun (KZF) fəaliyyəti ilə bağlı yekun tövsiyələrini Maliyyə Sabitliyi Şurasına təqdim edəcək.

 

"APA-Economics" xəbər verir ki, bu barədə İşçi qrupunun üzvü olan "KPMG Azerbaijan" audit şirkətinin idarəedici partnyoru Murat Karakaş bildirib.

 

Onun sözlərinə görə, Fondun yaradılması sahibkarların, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin kreditləşməsini asanlaşdıracaq: "Bilirik ki, sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxışı məhduddur. Xüsusilə, problem kiçik və orta sahibkarlıq subyektlərinə aiddir. Bu səbəbdən əlverişli, gələcəkdə mənfəət gətirəcək layihələrin maliyyələşməsində çətinliklər vardı və ya qismən maliyyələşdirilirdi. KZF mənfəətsiz fəaliyyət göstərəcək. Onun zəmanəti riskləri azaldacaq".

 

M. Karakaş ehtimal edir ki, böyük ehtimalla, KZF Türkiyə praktikasına əl atacaq. "Dünya praktikası göstərir ki, ən uğurlu KZF-lər Türkiyə və Cənubi Koreyada fəaliyyət göstərir. Düşünürəm ki, Azərbaycan Türkiyə praktikasına əl atacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR