Bank Of Baku

"Kredobank" I rübdə aktivlərini 29% artırıb

"Kredobank" I rübdə aktivlərini 29% artırıb
# 10 may 2016 13:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Kredobank” ASC-nin aktivlərinin həcmi 2016-cı ilin I rübündə 224,446 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 29,02% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 17,03% artaraq 119,131 mln. manat olub.

 

İstehlak kreditlərinin həcmi 15,682 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin aprel ayının 1-ə olan göstəriciyə nisbətən 60,05% azalma deməkdir.

 

İpoteka kreditlərinin həcmi 4,795 mln. manat təşkil edib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 8,37% çoxdur.

 

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 8,24 dəfə azalaraq 3,317 mln. manat olub.

 

Bankın depozit portfeli hesabat dövrü ərzində 2,28 dəfə artaraq 62,596 mln. manata çatıb, əhalinin əmanətlərinin həcmi isə 2,284 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 5,55% azdır.

 

Bir il ərzində bankın məcmu kapitalı 2,78% azalaraq 54,429 mln. manata enib, nizamnamə kapitalı 6,53% artaraq 53 mln. 840 min manat təşkil edib.

 

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 15,58% artaraq 4,249 mln. manat, xərcləri isə 23,66% artaraq 3,810 mln. manat olub.

 

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 439 min manat təşkil edib.

 

Hazırda bankın ölkə üzrə 16 filialı, 4 bankomatı, 33 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR