Bank Of Baku

"Meqa Sığorta" nizamnamə kapitalını artırıb

"Meqa Sığorta" nizamnamə kapitalını artırıb
# 01 aprel 2016 08:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Meqa Sığorta” ASC 2015-ci il üçün maliyyə hesabatını açıqlayıb.

 

"APA-Economics" xəbər verir ki, ötən il şirkətin cəmi aktivləri 10 mln. 518,342 min manat və ya 40,72% artaraq 36 mln. 346,592 min manat olub. Hesabat dövrünün sonuna şirkətin cəmi uzunmüddətli aktivləri 2 mln. 403,720 min manat, cəmi qısamüddətli aktivləri isə 33 mln. 942,872 min manat təşkil edib.

 

2014-cü il ilə müqayisədə ötən il “Meqa Sığorta”nın nizamnamə kapitalı 2 mln. 500 min manat və ya 20,83% artaraq 14 mln. 500 min manat olub. Hesabat dövründə şirkətin məcmu kapitalı 24 mln. 285,806 min manat təşkil edib. Bu, 2014-cü ildəki göstəricidən 9 mln. 505,244 min manat və ya 64,31% çoxdur.

 

2015-ci ildə şirkətin cəmi öhdəlikləri 1 mln. 13,098 min manat və ya 9,17% artaraq 12 mln. 60,786 min manat təşkil edib. Hazırda “Meqa Sığorta”nın cəmi uzunmüddətli öhdəlikləri 10 mln. 364,491 min manat, cəmi qısamüddətli öhdəlikləri 9 mln. 820,556 min manat təşkil edir.

 

Hesabat dövründə şirkətin gəlirləri 25 mln. 907,001 min manat, xərcləri 13 mln. 631,306 min manat olub. Sığortaçı 2015-ci ili 2 mln. 185,325 min manat xalis mənfəətlə başa vurub.

 

Qeyd edək ki, 2015-ci ildə “Meqa Sığorta” 17 mln. 920,556 min manat sığorta haqqı toplayıb, sığorta ödənişləri isə 2 mln. 307,123 min manat təşkil edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR