Bank Of Baku

"Meqa Sığorta"nın öhdəlikləri 2% artıb

"Meqa Sığorta"nın öhdəlikləri 2% artıb
# 31 mart 2017 14:42 (UTC +04:00)

2016-cı ildə "Meqa Sığorta" ASC-nin aktivləri 2015-ci illə müqayisədə 11,8% artaraq 40 mln. 641,64 min manat olub. "APA-Economics" şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 8 mln. 534,728 min manat (3,5 dəfə artım), qısamüddətli aktivləri 32 mln. 106,912 min manat (5,4% azalma) təşkil edib.


2017-ci ilin əvvəlinə şirkətin öhdəlikləri 2,1% artaraq 12 mln. 305,831 min manat olub. 2016-cı ildə şirkətin uzunmüddətli öhdəlikləri 11 mln. 833,351 min manat (14,2% artım), qısamüddətli öhdəlikləri isə 472 min 479,21 manat (72,1% azalma) təşkil edib.
 

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 14,5 mln. manat, məcmu kapitalı isə 16,7% artaraq 28 mln. 335 min 808,5 manat təşkil edib.

 

Şirkət ötən ili 6 mln. 107 min 813,53 manatlıq mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR