Bank Of Baku

"MilliKart"ın rəhbəri "Unibank"a gətirilib - YENİLƏNİB

"MilliKart"ın rəhbəri "Unibank"a gətirilib - <span style="color: red;">YENİLƏNİB
# 11 aprel 2016 13:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "MilliKart" prosessinq mərkəzinə yeni rəhbər təyin olunub.

 

"APA-Economics" xəbər verir ki, Elnur Məmmədov mərkəzin icraçı direktoru olub.

 

O, aprelin 8-dən vəzifəsinin icrasına başlayıb. Buna qədər isə E. Məmmədov “MilliKart”ın Strateji inkişaf və marketinq departamentinin müdiri vəzifəsində çalışıb.
 

Qeyd edək ki, E. Məmmədovdan əvvəl "MilliKart"ın icraçı direktoru Cəlal Orucov olub.

 

SAAT 15:34

 

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Unibank"da kadr dəyişikliyi baş verib.


"APA-Economics" xəbər verir ki, Cəlal Orucov bankın texnologiyalar üzrə direktoru vəzifəsinə təyinat alıb. C. Orucovdan öncə bu vəzifəni Asif Nəzərov tutub.
 

Qeyd edək ki, C. Orucov buna qədər “MilliKart" prosessinq mərkəzinin icraçı direktoru vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR