Bank Of Baku

"Moody`s": Manatın devalvasiyası Azərbaycanın dövlət büdcəsinə müsbət, bank sektoruna mənfi təsir edib

"Moody`s": Manatın devalvasiyası Azərbaycanın dövlət büdcəsinə müsbət, bank sektoruna mənfi təsir edib
# 05 iyun 2015 06:25 (UTC +04:00)

Bakı - APA-Economics. Neftin ucuzlaşması Azərbaycan banklarının fəaliyyətinə də mənfi təsir edib.

 

"APA-Economics"in xəbərinə görə, bu barədə "Moody`s" beynəlxalq reytinq agentliyinin hesabatında bildirilir.

 

Hesabatda qeyd olunub ki, Azərbaycan iqtisadiyyatının böyük hissəsi neft-qaz sektorundan asılıdır. "Dövlət gəlirlərinin təqribən 70%-i neft-qaz sahəsindən əldə olunan gəlirlərdən asılıdır. Neftin 1 barelinin qiyməti 55 dollar təşkil edərsə, 2015-ci ildə Azərbaycan ÜDM-in artım tempi 1%-dək azalacaq. Bütün bunlar bank sektoruna da mənfi təsirini göstərməkdədir", - deyə analitiklər qeyd edir.

 

Bununla yanaşı, "Moody`s"in ekspertləri hesab edir ki, xaricdən gələn şoklar üçün bufer rolunu oynayan dövlətin təşəbbüsü ilə həyata keçirilən layihələrə yatırılan vəsaitlər və xarici investisiyalar iqtisadiyyata mənfi təsiri yumşaldır.

 

Məlumatda deyilir ki, Azərbaycan manatının devalvasiyası dövlət büdcəsinə müsbət, bank sektoruna isə mənfi təsir edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR