Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Muğanbank" tərəfindən lisenziyası ləğv olunan "Bank of Azerbaijan" və "Texnikabank"ın əmanətçilərinə kompensasiyaların ödənilməsi davam etdirilir.
Bankdan "APA-Economics"ə verilən xəbərə görə, "Muğanbank" vasitəsilə "Bank of Azerbaijan"ın əmanətçilərinə ödəniləcək 24,4 mln. manat kompensasiyadan bir ay ərzində artıq 22,5 mln. manatı (92,2%) ödənilib.
"Texnikabank"ın əmanətçilərinə qorunan əmanətlər üzrə "Muğanbank" vasitəsilə veriləcək kompensasiyalar 81,7 mln. manat təşkil edir. Bu məbləğdən 11 iş günü ərzində "Muğanbank" tərəfindən 40,9 mln. manat (50%) sığortalanmış əmanətlər vətəndaşlara ödənilərək geri qaytarılıb.