Bakı. Musa Əhmədov - APA-Economics. “Muğanbank”ın aktivlərinin həcmi 2016-cı ilin I rübündə 557,281 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 25,96% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 7,33% artaraq 353,738 mln. manata olub. Bununla yanaşı, bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 1,6 dəfə artaraq 33,023 mln. manat olub. Vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi isə 9,6%-dir.
Cari ilin ilk üç ayında bankın cəmi öhdəlikləri 499,077 mln. manat təşkil edib.
Bir il ərzində bankın məcmu kapitalı 29,24% artaraq 59 mln. 929 min manata çatıb, nizamnamə kapitalı 21,4% artaraq 55 mln. manat təşkil edib.
Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 507,36 min manat təşkil edib.