"NBC Bank" ASC-nin aktivlərinin həcmi 2017-ci ilin I yarısında 169,591 mln. manat təşkil edib ki, bu da I rüblə müqayisədə 2,62% çoxdur.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, II rübdə bankın kredit portfeli 0,82% artaraq 127,302 mln. manat olub. Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi I rüblə müqayisədə 6,63% azalaraq 12,876 mln. manat olub. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində çəkisi 9,41%-ə bərabərdir.
Depozit portfeli hesabat dövrü ərzində 110,337 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 69,411 mln. manata çatıb. Aprel-iyun ayları ərzində bankın öhdəliklərinin həcmi 2,59% artaraq 114 834 mln. manata yüksəlib.
Bankın məcmu kapitalı 2,69% artaraq 54,629 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 64 mln. manat təşkil edib.
2017-ci ilin II rübü ərzində bankın bölüşdürülməmiş zərəri 12,397 mln. manat, cari ilin mənfəəti isə 1,34 mln. manat təşkil edib.