Bakı - APA-Economics. Bu gün "Nikoil Bank"ın Puşkin küçəsi 30 ünvanında yerləşən Baş ofisində "Nikoil | 2016" ənənəvi yeni il əmanət aksiyasının başa çatması ilə əlaqədar, aksiyada qalib olan əmanətçilərin təntənəli mükafatlandırması keçirilib. Bankdan "APA-Economics"ə verilən məlumata görə, lotereyada 20 ədəd "Samsung" smartfonu və 1 ədəd 15 000 ABŞ dolları məbləğində pul mükafatı oynanılıb.
Bankın 21 müştərisi bu dəyərli hədiyyələrin sahibləri olublar.
Xatırlatmaq istəyirik ki, aksiya 23 noyabr 2015-ci il tarixindən 25 yanvar 2016-cı il tarixinədək davam edir.
Lotereyanın şərtlərinə əsasən, hər 1000 - 5000 AZN/USD/EUR dəyərində əmanət yerləşdirənə 1 şans, növbəti hər bir 5000 AZN/USD/EUR yerləşdirənə isə əlavə 1 şansa bərabər idi. Belə ki, bir əmanətçi maksimum 10 şans əldə edirdi. Bir əmanətçi yalnız 1 dəyərli hədiyyə qazana bilərdi.
Uduşda, eyni zamanda, hazırda aktiv olan bütün əmanətlər iştirak edirdi.
Bu günə qədər aksiya çərçivəsində 60 mln. manatdan artıq əmanət cəlb edilib. Hazırda bankın ümumi depozit portfeli 321 mln. manat təşkil edir.
Bu gün "Nikoil Bank" əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. "Nikoil Bank"ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.
Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: www.facebook.com/bank.nikoil