Bank Of Baku

"Nikoil Bank"ın məcmu kapitalı 28,5% artıb

"Nikoil Bank"ın məcmu kapitalı 28,5% artıb
# 12 oktyabr 2017 08:10 (UTC +04:00)

2017-ci ilin III rübündə "Nikoil Bank" QSC-nin aktivlərinin həcmi 410,684 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 23,5% azdır.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 18% azalaraq 292,124 mln. manat olub.

 

Bu ilin yanvar-sentyabr aylarında bankın depozit portfeli 229,023 mln. manat təşkil edib ki, bu da ötən illə müqayisədə 31,8% azdır. Bankın öhdəlikləri isə 369,481 mln. manata bərabər olub ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 25,5% azdır.

 

Hesabat dövründə bankın məcmu kapitalı 28,5% artaraq 52,599 mln. manat, nizamnamə kapitalı isə 184,500 mln. manat təşkil edib.

 

"Nikoil Bank" bu ilin 9 ayını 140,06 min manat zərərlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR