Bank Of Baku

"Parabank" Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edir

"Parabank" Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edir
# 21 dekabr 2015 09:49 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 1991-ci ildən fəaliyyət göstərən “Parabank” ASC indi növbəti, 2016-cı ilin astanasındadır. Bu ötən illər bank üçün müxtəlif sürprizlərlə yadda qalıb. Bank istər inkişafının pik nöqtəsində, istər iqtisadi böhranda öz imicini və müştəri məmnuniyyətini qoruyub saxlayıb. Hal-hazırda “Parabank”ın Bakıda və rayonlarda kifayət qədər filial və şöbələri mövcuddur. Bankın istər rayonlarda, istər paytaxtda fəaliyyət göstərən filial və şöbələri müştərilərə xidmət göstərmək və onların bizneslərinin inkişafı naminə yeni kampaniyalar hazırlayır və təqdim edir.

 

Bankdan “APA-Economics”ə verilən xəbər görə, “Parabank”da iş adamları üçün illik 17%- dən başlayaraq girov əsasında “BİZNES KREDİTİ”  və yaxud, kiçik sahibkarların işinə yarayacaq “QIZIL KREDİTİ” (lombard krediti) güvənli və etibarlı formada həyata keçirilir. Qızıllar zərgər tərəfindən qiymətləndirilir, qızılın dəyərinin 120 % i həcmində illik 2% olmaqla kredit verilir və qızıllar bankda güvənli şəkildə qorunur.

 

“Parabank” öz müştəriləri üçün sərfəli “ƏMANƏT” təklifi də edir. Müddətli və müddətsiz olmaqla illik 14,5% həcmində manat, dollar, avro ilə depozitlər cəlb edilir. “Parabank” kənd təsərrüfatına da dəstək verməkdədir. İllik 6% lə “AQRO KREDİT” təklif edən bank bütün kəndliləri, fermerləri, və əkinçiləri banka dəvət edir.

 

Çoxşaxəli kredit məhsulları içərisində həkimlər, müəllimlər, polislər, dövlət qulluğunda çalışan insanlar da unudulmur. Sadalanan sahə üzrə çalışan insanlara rahat kredit imkanı yəni “RAHAT” krediti təklif edilir. Böyük dünyanı kiçildən, uzaq məsafələri yaxınlaşdıran PARABANK “Western Union”, “Zolotaya Korona” “Contakt” , ”Migom” və  pul köçürmələri sistemləri ilə müştəriləri sevindirməkdədir.

 

“Parabank” güclülərin bankıdır: 2015 ci ildə idman fəxrimizə çevrilən sərbəst güləşçimiz, Rəsul Çunayev da məhz “Parabank”ı seçir. Hətta okeanın o tayında, “Parabank” ASC-nin plastik kartları 7 gün 24 saat sizin istifadəniz üçün xidmətinizdədir.

 

“Paramızın etibarlı evi” şüarı ilə çalışan bank daima müştərilərinin iqtisadi rifahını düşünür və bu yolda qətiyyətli addımlar atır. 24 il öz müştəriləri ilə çiyin-çiyinə gedən “Parabank” Yeni ilin astanasında bütün Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edir, və qarşıdan gələn 2016-cı ildə hər bir azərbaycanlıya can sağlığı, xoşbəxtlik və maddi rifah arzu edir!!!

 

Bank xidmətləri barədə ətraflı məlumatı 139 məlumat mərkəzinə, 050 447 10 00 mobil nömrəsinə zəng etməklə, www.parabank.az saytına, bankın rəsmi Facebook səhifəsinə -https://www.facebook.com/Parabank və ya rəsmi İnstagram səhifəsi -https://instagram.com/parabank_asc daxil olmaqla əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR