"PAŞA Bank" ASC hələlik üçüncü ölkədə nümayəndəlik açmaq niyyətində deyil".
"APA-Economics"in məlumatına görə, bunu "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov deyib.
Onun sözlərinə görə, bu ilin iyul ayının sonunda bankın növbəti 3 il üçün strategiyası təsdiq olunub: "Aprel ayında üçillik strategiyanın əsas istiqamətləri ictimaiyyətə açıqlanacaq. Bizim növbəti 3 il üçün belə bir planımız yoxdur. Biz Azərbaycan, Türkiyə və Gürcüstanda mövqeyimizi gücləndirəcəyik".