Bank Of Baku

"PAŞA Bank"ın aktivləri 3,3 mlrd. manata yaxınlaşır

"PAŞA Bank"ın aktivləri 3,3 mlrd. manata yaxınlaşır
# 27 aprel 2017 08:54 (UTC +04:00)

“Paşa Bank” ASC-nin aktivlərinin həcmi 2017-ci ilin I rübündə 3 mlrd. 264,320 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 66,3% çoxdur.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 18,05% artaraq 867,969 mln. manat olub.
 

Bankın depozit portfeli hesabat dövrü ərzində 2,2 dəfə artaraq 2 mlrd. 508,558 mln. manata çatıb. Öhdəliklərin həcmi isə illik müqayisədə 81,3% artaraq 2 mlrd. 837,985 mln. manat olub.

 

Bankın nizamnamə kapitalı 333 mln. manat səviyyəsində qalıb.

 

Qeyd edək ki, bank törəmə müəssisələrinə rüb ərzində 148,987 mln. manat investisiya ayırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR