"PASHA Bank (Georgia)" 2017-ci il iyulun 1-nə maliyyə hesabatını açıqlayıb. "APA-Economics" xəbər verir ki, cari ilin II rübündə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 12,23% azalaraq 247,947 mln. lari təşkil edib.
Hesabat dövründə bankın kredit portfeli 23% artaraq 116,982 mln. lari olub.
İlin əvvəli ilə müqayisədə ötən il öhdəliklər 20,7% azalaraq 142,087 mln. lariyə, depozit portfeli isə 2% artaraq 46,912 mln. lariyə bərabər olub.
Bir il ərzində bankın cəmi kapitalı 3,4% artaraq 106,767 mln. lari, nizamnamə kapitalı isə dəyişməyərək 103 mln. lari təşkil edib.
Qeyd edək ki, bank cari ilin ilk 6 ayını 2 mln. 506 min lari mənfəətlə başa vurub.
* Avqustun 23-nə 1 lari 0,7069 manatdır.