"PASHA Bank (Georgia)" 2017-ci il yanvarın 1-nə maliyyə hesabatını açıqlayıb. "APA-Economics" xəbər verir ki, ötən ilin IV rübündə bankın aktivləri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 0,06% artaraq 282,485 mln. lari təşkil edib.
Hesabat dövründə bankın kredit portfeli 12,44% azalaraq 95,090 mln. lari olub.
2015-ci illə müqayisədə ötən il öhdəliklər 2,7% azalaraq 179,201 mln. lariyə, depozit portfeli isə 2,16 dəfə artaraq 46,024 mln. lariyə bərabər olub.
Bir il ərzində bankın cəmi kapitalı 5,2% artaraq 103,284 mln. lari, nizamnamə kapitalı isə dəyişməyərək 103 mln. lari təşkil edib.
Qeyd edək ki, bank ötən ili 4 mln. 884 min lari mənfəət əldə edib.
* Martın 17-nə 1 lari 0,6915 manatdır