Bank Of Baku

"PAŞA Bank"ın Türkiyədəki törəməsi ilin I yarısını mənfəətlə başa vurub

"PAŞA Bank"ın Türkiyədəki törəməsi ilin I yarısını mənfəətlə başa vurub
# 14 avqust 2017 09:32 (UTC +04:00)

"PAŞA Bank"ın Türkiyədəki törəməsi olan "PAŞA Yatırım Bankası”nın aktivləri 2017-ci ilin I yarısında 649 mln. 798 min türk lirəsi və ya 313 mln. 202 min 636 manat təşkil edib.

 

"APA-Economics" bankın konsolidə olunmamış maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı illə müqayisədə 139 min 441 lirə (67 min 211 manat) və ya 27,32% çoxdur.

 

Hesabat dövründə bankın kredit portfeli 509 mln. 956 min lirəyə (245 mln. 798,792 min manat) bərabər olub ki, bu da 2016-cı ildəkindən 26,27% çoxdur.

 

Hesabat dövründə bankın faiz gəliri 27 mln. 439 min lirə (13 mln. 226 min manat), faiz xərcləri 9 mln. 98 min lirə (4 mln. 385 min manat) isə bərabər olub.

 

Bank cari ilin ilk 6 ayını 7 mln. 186 min lirə və ya 3 mln. 463,652 min manat mənfəətlə başa vurub.

 

Qeyd edək ki, avqustun 14-nə 1 türk lirəsi 0,4820 manatdır. (1 TRY = 0,4820 AZN)

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR