Bank Of Baku

"PAŞA Bank"ın Türkiyədəki törəməsinin rəhbəri işdən çıxıb

"PAŞA Bank"ın Türkiyədəki törəməsinin rəhbəri işdən çıxıb
# 04 aprel 2017 15:13 (UTC +04:00)

"PAŞA Yatırım Bankası A.Ş."-nin ("PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi - red.) rəhbərliyində dəyişiklik baş verib.


"APA-Economics" xəbər verir ki, törəmə bankın İdarə Heyətinin martın 31-də keçirilən ümumi iclasında İdarə Heyətinin sədri Ağa Əli Kamalov vəzifəsindən ayrılıb. Digər dəyişikliyə əsasən, İdarə Heyətinin müstəqil üzvü Süreyya Serdengeçti də vəzifəsi ilə vidalaşmalı olub.


Qəbul olunan qərara əsasən, Fərid Məmmədov İdarə Heyətinin üzvü, Meriç Uluşahin müstəqil üzvü seçilib.

 

İdarə Heyətinə kimin rəhbərlik etdiyi hələlik məlum deyil.

Törəmə bankın saytında Ağa Əli Kamalov hələ hə İdarə Heyətinin sədri kimi göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR