Bank Of Baku

"Qala Həyat"ın öhdəlikləri 30,5 mln. manatı ötüb

"Qala Həyat"ın öhdəlikləri 30,5 mln. manatı ötüb
# 01 aprel 2016 08:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Qala Həyat” sığorta şirkəti 2015-ci il üçün maliyyə hesabatını açıqlayıb.

 

"APA-Economics" xəbər verir ki, ötən il şirkətin cəmi aktivləri 6 mln. 310,239 min manat və ya 17,29% artaraq 42 mln. 815,504 min manat olub. Hesabat dövrünün sonuna şirkətin cəmi uzunmüddətli aktivləri 5 mln. 517,037 min manat, cəmi qısamüddətli aktivləri isə 37 mln. 298,466 min manat təşkil edib.

 

2014-cü il ilə müqayisədə ötən il “Qala Həyat”ın nizamnamə kapitalı dəyişməyərək 7 mln. 546 min manat olub. Hesabat dövründə şirkətin məcmu kapitalı 12 mln. 272,610 min manat təşkil edib. Bu, 2014-cü ildəki göstəricidən 2 mln. 160,680 min manat və ya 21,37% çoxdur.

 

2015-ci ildə şirkətin cəmi öhdəlikləri 4 mln. 149,559 min manat və ya 15,72% artaraq  30 mln. 542,893 min manat təşkil edib. Hazırda “Qala Həyat”ın cəmi uzunmüddətli öhdəlikləri 30 mln. 318,047 min manat, cəmi qısamüddətli öhdəlikləri 224,846 min manat təşkil edir.

 

Hesabat dövründə şirkətin gəlirləri 29 mln. 468,944 min manat, xərcləri 26 mln. 711,552 min manat olub. Sığortaçı 2015-ci ili 2 mln. 185,325 min manat xalis mənfəətlə başa vurub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR