Bank Of Baku

"Rabitabank" aktivlərini 20% artırıb

"Rabitabank" aktivlərini 20% artırıb
# 09 dekabr 2016 15:00 (UTC +04:00)

Noyabr ayının 30-a "Rabitabank" ASC-nin aktivləri ilin əvvəli ilə müqayisədə 20% artaraq 539 mln. 400 min manat təşkil edib. Bankdan "APA-Economics"ə verilən məlumata görə, bunu "Rabitəbank" ASC-nin İdarə Heyətinin sədri Elçin Qədimov bildirib.

 

Müştərilərin müddətli əmanətlərinin həcmi isə 6% artaraq 236 mln. 612 min manata, cari hesabları isə 72% artaraq 169 mln. 531 min manata çatıb.

 

Hesabat dövründə bankın məcmu kapitalı 60 mln. 856 min manat təşkil edib.
 

Bankın xalis faiz gəlirləri 11 mln. 230 min manat, xalis qeyri-faiz gəlirləri isə 10 mln. 483 min həcmində olub.

 

Hazırda "Rabitəbank"ın 600 nəfərdən artıq təcrübəli və ixtisaslı peşəkar heyəti, 90 000-dən çox şirkət və fiziki şəxslərdən ibarət müştəri portfeli vardır. O cümlədən bank il ərzində 168 min ədəd olmaqla 108 mln. manat ekvivalentində surətli pul köçürməsini və 209,286 min ədəd olmaqla 7 mln. 645 min  manat kommunal odənişi müştəriləri üçün reallaşdırıb.
 

Bank 2016-cı il ərzində plastik kart infrastrukturunu möhkəmləndirib, bununla aktiv plastik kart istifadəçilərinin sayını 35 min 847 ədədə, ATM şəbəkəsini isə 56 ədədə çatdırıb.
 

1993-cü ildən fəaliyyətə başlayan "Rabitəbank" ASC bu il yaranmasının 23 illiyini qeyd edir. Bank 22 filial, 1 şöbəsi ilə ölkənin 15 regionunda geniş filial şəbəkəsi ilə təmsil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR