Bank Of Baku

"Rabitəbank" ötən ili 11,5 mln. manatlıq zərərlə başa vurub

"Rabitəbank" ötən ili 11,5 mln. manatlıq zərərlə başa vurub
# 30 yanvar 2018 14:11 (UTC +04:00)

2018-ci il yanvarın 1-nə “Rabitəbank” ASC-nin aktivlərinin həcmi 727,241 mln. manata çatıb ki, bu da ötən il ilə müqayisədə 31,67% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövrünün sonuna bankın kredit portfeli 234,645 mln. manat olub ki, bu da ötən il ilə müqayisədə 14,35% artım deməkdir.

 

Bu ilin yanvarın 1-nə bankın depozit portfeli 237,395 mln. manat olub ki, bu da illik 5,29%-lik artım deməkdir. Bankın öhdəlikləri 2016-cı illə müqayisədə 29,04% artaraq 653,852 mln. manata çatıb.

 

Bankın məcmu kapitalı hesabat dövründə 51,10% artaraq 92 mln. 436 min manat, nizamnamə kapitalı 82,5% artaraq 88,500 mln. manat olub.

 

Hesabat dövründə bankın gəlirləri 29,36% artaraq 39,800 mln. manat, xərcləri isə 2,41% azalaraq 19,755 mln. manat təşkil edib.

 

“Rabitəbank” ötən ili 11,536 mln. manatlıq zərərlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR